Şəhla Quliyevadan, Beyləqan, Azərbaycan
Hörmətli cənab Prezident!
Sosial müavinət alan 1-ci qrup müharibə əlillərinə Prezident təqaüdünün təsis edilməsi haqqında bu yaxınlarda imzaladığınız fərman məni və əminəm ki, mənim kimi digər əlilləri həddən artıq sevindirdi. Sizin fərmanınızdan sonra aldığım təqaüdün məbləği iki dəfə artmışdır. Bu, mənim dolanışığıma böyük kömək edir.
Hörmətli cənab Prezident! Biz Sizdən çox razıyıq. Siz həmişə bütün vətəndaşlarımıza qayğı göstərir, onların həyat səviyyəsinin yüksəldilməsi üçün çalışırsınız. Biz çox xoşbəxt xalqıq ki, Sizin kimi müdrik və xeyirxah Prezidentimiz vardır. Biz Sizinlə fəxr edir, hər zaman Sizi dəstəkləyirik. Sizə bir daha minnətdarlığımı bildirir və işlərinizdə uğurlar arzulayıram.
Hörmətlə,
Quliyeva Şəhla.
Azərbaycan Respublikası, Beyləqan rayonu, 1-ci Şahsevən kəndi.