Xanhəsən Hüseynov və başqalarından, Lerik, Azərbaycan
Hörmətli cənab Prezident!
Xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulan inkişaf strategiyasının Sizin rəhbərliyinizlə uğurla həyata keçirilməsi Azərbaycanın sürətli tərəqqisini təmin etmişdir. Bu inkişafı biz kənd sakinləri yaşadığımız rayonunun, kəndlərin timsalında aydın görürük. Son illər bizim kəndimiz də daxil olmaqla bir neçə kənddə müasir tələblərə cavab verən məktəb binaları, səhiyyə ocaqları olmamışdır. Hazırda aparılan tikinti-quruculuq işləri sakinlər tərəfindən rəğbətlə qarşılanır və dəstəklənir.
Möhtərəm Prezident! Lerik rayonu dağlıq relyefə malikdir. Burada kəndlərlə rayon mərkəzini birləşdirən avtomobil yolları əvvəllər heç vaxt asfalt görməmişdir. Son illərdə kənd yollarının tikintisi ilə bağlı verdiyiniz tapşırıqlardan sonra rayonumuzun iki istiqamətində bu yolların yenidən qurulması işləri həyata keçirilir. Sizin sərəncamlarınızla ayrılan vəsait hesabına 27 kilometrlik Lerik-Qosmalian-Kəlvəz yolu yüksək səviyyədə yenidən qurularaq istismara verilmiş, bizim kənd əhalisinin də mütəmadi istifadə etdiyi 36 kilometrlik Noda-Şingədulan-Xanagah yolunda tikinti işləri sürətlə davam etdirilir. Görülən işləri seyr etdikcə qürur duyur və fəxr edirik ki, Azərbaycanın Sizin kimi qayğıkeş Prezidenti vardır.
Qoy Uca Tanrı dövlətçilik fəaliyyətinizdə həmişə Sizə yar olsun!
Gürdəsər kənd sakinləri adından dərin hörmətlə,
Hüseynov Xanhəsən
Ağayev Fahil
Məmmədov Şirzaid
Ağayev Sucəddin və başqaları (cəmi 18 imza).
Azərbaycan Respublikası, Lerik rayonu.