Nüsrət Əsgərov və Xanlar Ramazanovdan, Balakən, Azərbaycan
Möhtərəm Prezident!
Azərbaycanda kənd təsərrüfatı sahəsində apardığınız islahatlar, həyata keçirdiyiniz tədbirlər bütün bölgələrdə bu sahənin sürətlə inkişaf etməsinə, bu sahədə böyük canlanmaya səbəb olmuşdur. Kənd zəhmətkeşləri, fermerlər Sizin qayğınızdan bəhrələnərək, daha əzmlə çalışır, ölkəmizin ərzaq təhlükəsizliyinin təmin olunmasına öz töhfələrini verirlər.
Hörmətli cənab Prezident! Qeyd edilən tədbirlərlə yanaşı, qarşımıza çıxan hər bir problemin, çətinliyin aradan qaldırılmasında da bizə yaxından kömək göstərilir. Hazırda ölkəmizin şimal-qərb bölgəsində, o cümlədən Balakən rayonunda karantin və xüsusi təhlükəli zərərli orqanizmlərə qarşı kənd təsərrüfatı mütəxəssisləri tərəfindən görülən tədbirləri buna misal göstərmək olar. Bütün bunlar Sizin aqrar siyasətinizin, fermerlərə olan diqqətinizin bariz nümunəsidir.
Göstərdiyiniz qayğı və diqqətə görə Balakən rayonunun fermerləri adından Sizə minnətdarlığımızı bildiririk.
Hörmətlə,
Nüsrət Əsgərov
Xanlar Ramazanov.
Azərbaycan Respublikası, Balakən rayonu.