22 aprel 2014, 17:00

Elvin Hüseynovdan, Köln, Almaniya

Hörmətli cənab Prezident!

Mən 1987-ci ildə Abşeron rayonunda sadə bir ailədə anadan olmuşam. 2004-cü ildə məktəbi bitirdikdən sonra yüksək balla Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsinə daxil oldum. 2009-cu ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin “2007-2015-ci illərdə xaricdə təhsil üzrə dövlət proqramı”na müraciət edərək, bütün müsabiqələrdən uğurla keçdim. 2009-cu ildən etibarən təhsilimi dövlət təqaüdü hesabına Almaniyanın Köln Universitetinin tibb fakültəsində davam etdirirəm. Bu il aprel ayında keçirilən tibb tələbələrinin dövlət imtahanının yazılı hissəsindən uğurla keçdim. Oxuduğum illər ərzində yüksək tibbi təhsil almışam. 

Hörmətli cənab Prezident! Dövlətimizin və Sizin mənə və mənim kimi minlərlə tələbəyə yaratdığınız bu şəraitə və qayğıya görə Sizə səmimi qəlbdən təşəkkür edir və gələcək fəaliyyətinizdə uğurlar arzulayıram.

Hörmətlə,

Hüseynov Elvin Aydın oğlu.

Almaniya Federativ Respublikası, Köln şəhəri.