Məmməd Hacıyevdən, Şəki, Azərbaycan
Hörmətli cənab Prezident!
Sizin “Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında” 2014-cü il 16 aprel tarixli Fərmanınız Azərbaycanda yaxın gələcəkdə kənd təsərrüfatının daha sürətli inkişafına, müasir tələblərə cavab verən iri kooperativ müəssisələrin təşkil edilməsinə əlverişli şərait yaradır. Bu, ölkəmizdə ərzaq bolluğu yaratmaq üçün səylə çalışan fermerlərin həyat şəraitini də xeyli yaxşılaşdıracaqdır.
Hörmətli cənab Prezident! Biz fermerlər Sizin hərtərəfli qayğınızı həmişə hiss etmişik. Bu fərmanınız da həmin qayğının daha bir bariz nümunəsidir. Buna görə Sizə minnətdarlığımızı bildiririk. Şəki fermerləri aqrar siyasətinizi ürəkdən bəyənir və dəstəkləyirlər. Sizə Ulu Tanrıdan cansağlığı və fəaliyyətinizdə uğurlar arzulayırıq.
Hörmətlə,
Hacıyev Məmməd.
Azərbaycan Respublikası, Şəki şəhəri.