Əfiqə Talıbovadan, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident!
Ağır xəsarət almış İmran Cəfərzadənin müalicəsinə yüksək səviyyədə kömək edərək, onu yenidən həyata, ailəsinə qaytarmağınız xalqımızın yaddaşından heç vaxt silinməyəcəkdir. Bildirmək istəyirəm ki, Sizin belə xeyirxah əməllərinizin sayı-hesabı yoxdur. Kömək üçün Sizə müraciət edənlərin heç biri çarəsiz qalmır. Siz hər bir vətəndaşın probleminə həssaslıqla yanaşaraq, onun həll edilməsinə hərtərəfli qayğı göstərirsiniz.
Hörmətli cənab Prezident! Mən qızımın səhhətində olan problemlərlə bağlı Sizə müraciət etmişdim. Müraciətimdən sonra qızım Elmi Cərrahiyyə Mərkəzinə qəbul edilərək əməliyyat olundu. Həkimlərin yüksək peşəkarlığı və qayğısı sayəsində onun sağlamlığı bərpa edildi. Mən Sizə hədsiz dərəcədə minnətdaram. Sizinlə qürur duyuram. Nə yaxşı ki, Siz varsınız. Sizə işlərinizdə uğurlar arzu edirəm. Allah Sizi bizim başımızın üstündən əskik etməsin.
Hörmətlə,
Talıbova Əfiqə.
Azərbaycan Respublikası, Bakı şəhəri, Səbail rayonu.