Cəmil Muradov və başqalarından, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident!
Yaşadığımız 9-cu mikrorayonda həyata keçirilən abadlıq-quruculuq işlərinə görə Sizə dərin minnətdarlığımızı bildiririk. Aparılan abadlıq işləri yerli sakinlərdə böyük ruh yüksəkliyi yaratmışdır. Onlar bunu əhaliyə göstərilən böyük qayğı kimi qiymətləndirirlər.
Eyni zamanda qeyd etmək istərdik ki, təkcə bizim yaşadığımız mikrorayonda deyil bütövlükdə paytaxtımızda yüksək zövqlə görülən işlər yerli sakinlər, eləcə də şəhərimizin qonaqları tərəfindən heyranlıqla qarşılanır. Sizin də qeyd etdiyiniz kimi, Bakı bu gün dünyanın ən gözəl şəhərlərindən biridir.
Möhtərəm Prezident! Sizə bir daha təşəkkür edir, ölkəmizin inkişafı və əhalinin rifah halının yaxşılaşması naminə gördüyünüz işlərdə yeni nailiyyətlər arzulayırıq!
Dərin hörmətlə,
Muradov Cəmil Tahir oğlu
İmanova Aytac Nizami qızı
Muradov Emin Cəmil oğlu.
Azərbaycan Respublikası, Bakı şəhəri.