Gündüz Camalzadədən, Kəlbəcər, Azərbaycan
Hörmətli cənab Prezident!
Sizin uğurlu siyasətiniz sayəsində Azərbaycan sürətlə inkişaf edərək, dünyanın qabaqcıl dövlətləri sırasında öz layiqli yerini tutmuşdur. Biz gənc nəslin nümayəndələri də ölkəmizin inkişafı naminə görülən böyük işlərdə həvəslə iştirak edir və Sizin tapşırıqlarınızı layiqincə yerinə yetirməyə çalışırıq. Buna görə də müasir tələblər səviyyəsində aldığımız mükəmməl təhsilin bizim üçün böyük əhəmiyyəti vardır. Təhsili millətin gələcəyi adlandıran ulu öndərimiz Heydər Əliyevin ənənələrini davam etdirərək, Siz hər bir sahədə olduğu kimi təhsil sahəsində də mühüm islahatların aparılmasını təmin etmisiniz. Bu gün ölkəmizdə fəaliyyət göstərən təhsil sistemi biz tələbələri yetərincə qane edir. Sizin göstərişləriniz sayənizdə hər bir təhsil işçisi “Savadlı gənc nəsil” məsələsinə xüsusi diqqət və məsuliyyətlə yanaşır. Tələbələrin dövlət hesabına xarici ölkələrdə yüksək səviyyədə təhsil alması və bunun üçün lazımi şəraitin yaradılması bir daha sübut edir ki, Siz təhsilə olan diqqət və qayğınızı bir an belə əsirgəmir, hər dəfə təhsilimizin inkişafı üçün dünya təcrübəsindən istifadə edərək yeni qərarlar qəbul edirsiniz. Sizə minnətdarlığımızı bildirir və gələcək fəaliyyətinizdə uğurlar arzulayırıq.
Hörmətlə,
Camalzadə Gündüz Şakir oğlu.
Azərbaycan Respublikası, Kəlbəcər rayonu.