17 aprel 2014, 11:30
Hümbət Hacıyevdən, Beyləqan, Azərbaycan
Hörmətli cənab Prezident!
Siz ölkə iqtisadiyyatında özəl sektorun rolunu həmişə qeyd edərək, biznes mühitinin yaxşılaşdırılmasını, sahibkarlar üçün əlverişli şəraitin yaradılmasını daim diqqət mərkəzində saxlayırsınız. Bunun nəticəsidir ki, indi ölkəmizin bütün bölgələrində olduğu kimi Beyləqan rayonunda da özəl sektor sürətlə genişlənir. Rayonumuzun sosial-iqtisadi inkişafında sahibkarların böyük rolu vardır. Mən özüm təqaüdçüyəm və sahibkarlıqla məşğul oluram. Biz hamımız əl-ələ verib rayonumuzda aparılan quruculuq işlərində yaxından iştirak edirik. Sahibkarlara göstərdiyiniz köməyə görə Sizə minnətdarlığımı bildirirəm.
Hörmətlə,
Hacıyev Hümbət.
Azərbaycan Respublikası, Beyləqan rayonu.