Gulzar Məmmədovadan, Zaqatala, Azərbaycan
Hörmətli cənab Prezident!
Respublikamızda bütün sahələrdə olduğu kimi aqrar sahədə də inkişaf göz önündədir. Azərbaycan Sizin rəhbərliyiniz altında qabaqcıl aqrar ölkəyə çevrilmişdir. Kənd əməkçiləri də Sizin qayğınızı hər zaman hiss edirlər. Onların problemlərinin həlli istiqamətində görülən tədbirlər kənd zəhmətkeşlərinin işgüzarlığını daha da artırır, onları yeni uğur və nailiyyətlərə həvəsləndirir. Bu tədbirlərin bəhrəsi respublikanın bütün bölgələrində, o cümlədən bizim Qax-Zaqatala-Balakən bölgəsində də özünü nəzərə çarpacaq dərəcədə göstərir.
“Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında” imzaladığınız Fərmanda icrası nəzərdə tutulan genişmiqyaslı işlər gələcək uğurlarımızın carçısıdır.
Möhtərəm Prezident! Aqrar sahənin inkişafı və kənd təsərrüfatçılarının güzəranının yaxşılaşdırılması istiqamətində gördüyünüz bu işlərə görə Sizə bütün əməksevər insanlar adından təşəkkür və minnətdarlığımızı bildiririk.
Dərin hörmətlə,
Məmmədova Gülzar.
Azərbaycan Respublikası, Zaqatala rayonu.