16 aprel 2014, 10:40

Hikmət Quliyevdən, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident!

Sizin rəhbərliyinizlə respublikamız böyük inkişaf yoluna qədəm qoymuşdur. Doğma Azərbaycanımızın hansı bölgəsinə gediriksə, orada geniş quruculuq işlərinin şahidi oluruq. Bu işlər Binəqədi rayonunda da böyük sürətlə aparılır. Rayonumuz gündən-günə gözəlləşir, şəhərin mərkəzindən heç də seçilmir. Son vaxtlar Biləcəri qəsəbəsində görülən işlər bizi hədsiz dərəcədə sevindirmiş, əhval-ruhiyyəmizi yüksəltmiş və sabaha olan inamımızı daha da artırmışdır. Qəsəbənin Natəvan, Y.Hüseynov, Ə.Qasımov küçələrindəki binaların həyətlərində aparılan abadlıq işləri, binaların fasadlarının müasir üzlüklərlə üzlənməsi həmin ərazidə yaşayan sakinləri xeyli sevindirmişdir. Həyətimizdə aparılan kompleks abadlıq işlərinə görə bir daha Sizə öz təşəkkürümüzü bildiririk. Biləcəri sakinləri hər zaman Sizin yürütdüyünüz mütərəqqi siyasəti dəstəkləyirlər.

Allah Sizi qorusun!

Hörmətlə,

Quliyev Hikmət.

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi.