15 aprel 2014, 14:30

S.Qarayevadan və başqalarından, Mingəçevir, Azərbaycan

Hörmətli cənab Prezident!

Respublikamızın regionlarına olan diqqət və qayğınız bizim doğma Mingəçevirdə də özünü göstərməkdədir. Ötən il şəhərimizə səfərinizdən sonra böyük vüsət alan tikinti və abadlıq işləri mingəçevirlilərin böyük sevincinə səbəb olmuşdur. Genişlənən küçələr, zövq oxşayan parklar şəhərimizi xeyli gözəlləşdirmişdir.

Mingəçevirin 20 Yanvar və Müslüm Maqomayev küçələrinin sakinlərini əvvəllər baxımsızlıq üzündən sanki cəngəlliyə, hətta gündüzlər belə keçilməz olan “Güllü bağ” adlı ərazidə son günlərdə aparılan abadlıq işləri xüsusilə sevindirir. Burada quraşdırılan fontan, onun ətrafında qoyulan oturacaqlar bizim istirahətimiz üçün gözə şərait yaratmışdır. Belə abadlıq işləri şəhərimizin digər yerlərində də həyata keçirilir və sakinlərimizi çox razı salır.

Bütün bunlara görə Sizə minnətdarlığımızı bildirir, xalqımızın rifahı naminə fəaliyyətinizdə uğurlar arzulayırıq.
Hörmətlə,

S.Qarayeva
S.Şəfiyev
O.Nəbiyev
M.Cəfərov
A.Hüseynova
O.Abdullayeva və başqaları (cəmi 50 imza).

Azərbaycan Respublikası, Mingəçevir şəhəri.