03 aprel 2014, 11:30

Həsən Abdullayevdən, Qusar, Azərbaycan

Cənab Ali Baş Komandan!

“Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün artırılması və “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 9 sentyabr tarixli Fərmanında dəyişiklik edilməsi barədə” və “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli Fərmanında dəyişiklik edilməsi barədə” 2014-cü il 17 mart tarixli fərmanlarınız, habelə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqlarının təhsil xərclərinin ödənilməsi haqqında” 2014-cü il 18 mart tarixli Sərəncamınız bu kateqoriyadan olan insanların maddi rifahını yaxşılaşdırmaqla yanaşı, cəmiyyətimizə əlavə mənəvi güc verir və dövlətlə xalq arasındakı birliyin çox yüksək səviyyədə qurulduğunu göstərir.

Müasir dünyada belə cəmiyyətlərin formalaşdırılması asan məsələ deyildir. Bu, ardıcıl və məqsədyönlü sosial-iqtisadi siyasət və demokratik islahatlar nəticəsində mümkün olmuşdur.

Möhtərəm Prezident! Bütün bunlara görə Sizə dərin təşəkkürümüzü bildiririk. Sizin rəhbərliyiniz altında Azərbaycanın hələ çox uğurlar qazanacağına və ərazi bütövlüyünü bərpa edəcəyinə tam əminik.

Hörmətlə,

Abdullayev Həsən Ələddin oğlu.

Azərbaycan Respublikası, Qusar rayonu.