Bəhruz Əliyevdən, Biləsuvar, Azərbaycan
Hörmətli cənab Prezident!
Memarı ulu öndərimiz Heydər Əliyev olan müasir müstəqil Azərbaycan Sizin rəhbərliyiniz altında sürətlə inkişaf etməkdədir.
Ölkə vətəndaşlarına göstərilən yüksək diqqət və qayğı biz Qarabağ müharibəsi əlillərini, veteranlarını, şəhid ailələrini də əhatə edir. Müharibə əlillərinə verilən Prezident təqaüdünün artırılması da həmin məqsədlə atılmış humanist bir addımdır və Biləsuvar rayonunda yaşayan bu kateqoriyadan olan insanlar tərəfindən çox böyük razılıqla qarşılanmışdır. Eyni zamanda “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqlarının təhsil xərclərinin ödənilməsi haqqında” 2014-cü il 18 mart tarixli Sərəncamınızı da bu humanist əməlləriniz sırasına daxil etmək istərdik. Bu münasibət bizi daha da ruhlandırır, birliyimizi möhkəmləndirir və gücümüzü birə beş artırır.
Möhtərəm Prezident! Sizə dərin minnətdarlığımızı bildirir, çətin və şərəfli fəaliyyətinizdə daha böyük uğurlar arzulayırıq. Biz Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri daim Sizi dəstəkləyir və Sizinlə həmrəy olduğumuzu bildiririk.
Dərin hörmətlə,
Əliyev Bəhruz,
II qrup Qarabağ müharibəsi əlili.
Azərbaycan Respublikası, Biləsuvar rayonu.