David Fətəliyevdən, Qusar, Azərbaycan
Cənab Ali Baş Komandan!
“Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün artırılması və “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” 2014-cü il 17 mart tarixli fərmanlarınız, eləcə də “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqlarının təhsil xərclərinin ödənilməsi haqqında” 2014-cü il 18 mart tarixli Sərəncamınız minlərlə ailənin sosial rifahının yaxşılaşdırılmasına xidmət edir.
Qarabağ müharibəsi əlillərinə, veteranlarına, şəhid ailələrinə və digər imtiyazlı şəxslərə göstərilən bu qayğı Sizə olan ümumxalq məhəbbətini daha da artırır, gənc nəslin vətənpərvər ruhda böyüməsinə, cəmiyyətimizdə nikbin düşüncələrin dərinləşməsinə müsbət təsir göstərir.
Möhtərəm Prezident! Göstərdiyiniz bu diqqət və qayğıya görə, Sizə təşəkkür edir, uzun ömür, cansağlığı arzulayırıq.
Hörmətlə,
Fətəliyev David İkraməddin oğlu,
II qrup Qarabağ müharibəsi əlili.
Azərbaycan Respublikası, Qusar rayonu.