Əzizovlar ailəsindən, İsmayıllı, Azərbaycan
Hörmətli cənab Prezident!
Sizin həyata keçirdiyiniz siyasət nəticəsində vətəndaşlarımız hər addımda dövlətin dəstəyini hiss edirlər. Biz aqrar islahatlar aparılarkən ailəmizə düşən pay torpağında taxıl əkirik. Lakin bu ərazi tez-tez sel suları altında qaldığına görə çox əziyyət çəkirdik. Bunun qarşısını almağa imkanımız yox idi.
Hörmətli cənab Prezident! Vətəndaşlara hər yerdə qayğı göstərilməsi istiqamətində dövlət orqanları qarşısında qoyduğunuz əsas vəzifə onlar tərəfindən həmişə yerinə yetirilir və bizim bu çətin anımızda bizə də böyük kömək göstərildi. Sahəmizin yerləşdiyi ərazidə ağır texnika vasitəsilə yeni kanal qazıldı və sel sularının qarşısı alındı. Artıq burada çox yaxşı təsərrüfat yaradırıq. Ailəmizin sevincinin həddi-hüdudu yoxdur. Bizə göstərilən köməyə görə Sizə təşəkkür edirik.
Dərin hörmətlə,
Əzizovlar ailəsi.
Azərbaycan Respublikası, İsmayıllı rayonu, Kəlbənd kəndi.