31 mart 2014, 11:00
Ceyhun Əsədovdan, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident!
Sadə bir vətəndaş olaraq apardığınız uğurlu siyasətə görə Sizə dərin təşəkkürümü bildirirəm. Sizin siyasətinizin uğurlarını daha aydın görmək üçün mütləq ölkə xaricinə diqqət yetirmək lazımdır. Bəzi insanlar ölkədəki uğuru görürlər və elə zənn edirlər ki, elə bu cür də olmalıdır. Amma onlar bilmirlər ki, bu uğurlar məhz Sizin yürütdüyünüz siyasətin nəticəsidir. Mən Sizə təşəkkür edirəm və Sizə daha böyük uğurlar arzulayıram.
Hörmətlə,
Əsədov Ceyhun Hamlet oğlu.
Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai rayonu.