Babək Aslanovdan, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident!
İlk növbədə Sizi və ailə üzvlərinizi xalqımızın milli bayramı – Novruz münasibətilə təbrik edir, Sizə uzun ömür, cansağlığı, Azərbaycan xalqının rifahı naminə gördüyünüz möhtəşəm işlərdə yeni-yeni nailiyyətlər arzulayırıq.
Möhtərəm Prezident! “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün artırılması və “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 9 sentyabr tarixli Fərmanında dəyişiklik edilməsi barədə” və “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli Fərmanında dəyişiklik edilməsi barədə” 2014-cü il 17 mart tarixli fərmanlarınız, habelə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqlarının təhsil xərclərinin ödənilməsi haqqında” 2014-cü il 18 mart tarixli Sərəncamınız Qarabağ müharibəsi veteranlarına və əlillərinə, şəhid ailələrinə bu bayram günlərində ən gözəl hədiyyədir.
Möhtərəm Prezident! Sizin Azərbaycan xalqının rifahı, ölkəmizin siyasi və iqtisadi qüdrətinin artırılması naminə gördüyünüz bütün işləri ürəkdən bəyənirik. İnanırıq ki, Ali Baş Komandanımızın rəhbərliyi ilə işğal altında olan torpaqlarımız tezliklə azad ediləcək və bütün məcburi köçkünlər öz dədə-baba torpaqlarına qayıdacaqlar. Biz buna tam əminik və bir daha Sizə təşəkkürümüzü bildiririk.
Qoy Ulu Tanrı Sizi və Azərbaycan xalqını hifz etsin!
Hörmətlə,
Aslanov Babək Qafar oğlu.
Azərbaycan Respublikası, Bakı şəhəri.