29 mart 2014, 13:20

Tərlan Hacızadədən, Sumqayıt, Azərbaycan

Hörmətli cənab Prezident!

“Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün artırılması və “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 9 sentyabr tarixli Fərmanında dəyişiklik edilməsi barədə” 2014-cü il 17 mart tarixli fərmanınız və “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqlarının təhsil xərclərinin ödənilməsi haqqında” 2014-cü il 18 mart tarixli Sərəncamınız bizim üçün əsl bayram sovqatı oldu.

Bu, bizə göstərdiyiniz diqqət və qayğının ən yüksək səviyyədə olduğuna növbəti əyani sübutdur. Vətən uğrunda xidmətlər göstərmiş insanlara olan bu qayğı vətənə və xalqa olan sevgidən irəli gəlir.

Möhtərəm Prezident! Bu diqqət və qayğınıza görə Sizə bir daha dərin minnətdarlığımızı bildiririk.

Hörmətlə,

Hacızadə Tərlan,
Qarabağ Müharibəsi Əlilləri, Veteranları və
Şəhid Ailələri İctimai Birliyinin Sumqayıt şəhər şöbəsinin sədri.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.