29 mart 2014, 11:55
İ.Xudiyevdən, Ağdaş, Azərbaycan
Hörmətli cənab Prezident!
Qarabağ müharibəsi əlillərinə, veteranlarına və şəhid ailələrinə göstərdiyiniz daimi diqqət və qayğıya görə Sizə öz dərin təşəkkürümüzü bildiririk.
Növbəti belə addımınız qəlbimizi böyük sevinc və fərəh hissi ilə doldurmuşdur. Müharibə əlillərinin təqaüdünün və sosial müavinətlərin məbləğinin artırılması barədə yeni fərmanlarınızı sosial müdafiəmizin gücləndirilməsinə olan böyük diqqətiniz kimi qəbul edirik.
Möhtərəm Prezident! Fürsətdən istifadə edərək, Sizi və ailə üzvlərinizi Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, cansağlığı arzulayırıq.
Hörmətlə,
Xudiyev İ.
Azərbaycan Respublikası, Ağdaş rayonu.