Canəli Hörmətovdan, Qusar, Azərbaycan
Cənab Ali Baş Komandan!
Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri üçün Prezident təqaüdünün, sosial müavinətlərin artırılması, onların ali və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan uşaqlarının təhsil haqqının 2014-2015-ci tədris ilindən etibarən dövlət hesabına ödənilməsi barədə 2014-cü il 17 və 18 mart tarixli müvafiq sərəncam və fərmanlarınıza görə Sizə öz dərin təşəkkürümüzü bildiririk.
Belə humanist və nəcib əməllərinizlə Siz ümumxalq məhəbbəti qazanmış dövlət başçısısınız. Qədirbilən Azərbaycan xalqı bütün bu işlərinizi yüksək qiymətləndirir və Sizin rəhbərliyiniz altında bədnam düşmənlərimiz üzərində qələbə çalmaq arzusu ilə yaşayır.
Cənab Ali Baş Komandan! Biz Sizin hər bir əmrinizə müntəzirik. Sizə cansağlığı, işlərinizdə müvəffəqiyyətlər arzu edirəm.
Hörmətlə,
Hörmətov Canəli Səbiyulla oğlu,
II qrup Qarabağ müharibəsi əlili.
Azərbaycan Respublikası, Qusar rayonu.