29 mart 2014, 11:30

Zülfüqar Cəfərovdan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident!

Qarabağ müharibəsi əlillərinə verilən Prezident təqaüdünün artırılması və onların ali və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan uşaqlarının təhsil haqqının 2014/2015-ci tədris ilindən etibarən dövlət hesabına ödənilməsi barədə 2014-cü il 17 və 18 mart tarixli müvafiq fərman və sərəncamınız Sabunçu rayon əlilləri tərəfindən çox müsbət qarşılanmışdır.

Möhtərəm Prezident! Bu nəcib əməlinizə görə Sizə şəxsən öz adımdan və Sabunçu rayonunda yaşayan çoxsaylı Qarabağ əlilləri adından dərin minnətdarlığımızı bildiririk.

Sizə uzun ömür, cansağlığı arzulayıram. Novruz bayramınız mübarək olsun!

Hörmətlə,

Cəfərov Zülfüqar.
Azərbaycan Respublikası, Bakı şəhəri, Sabunçu rayonu.