29 mart 2014, 11:10
Xəlil Abbasovdan, Laçın, Azərbaycan
Möhtərəm Prezident!
Siz vətənimizin azadlığı, ərazi bütövlüyünün qorunması uğrunda şücaət göstərmiş insanları daim xüsusi diqqətdə saxlayır, onların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm işlər görürsünüz. Bununla əlaqədar imzaladığınız yeni sərəncam və fərmanlara görə çoxsaylı müharibə veteranları adından Sizə təşəkkür edirəm. Necə ki, Siz öz xeyirxah əməllərinizlə bizi sevindirirsiniz, Allah da Sizi sevindirsin!
Cənab Ali Baş Komandan! Sizə Qarabağ zəfəri arzulayır, əlil olmağıma baxmayaraq əmrinizə hər an müntəzir olduğumu bildirmək istəyirəm.
Hörmətlə,
Abbasov Xəlil Vəli oğlu,
II qrup Qarabağ müharibəsi əlili.
Azərbaycan Respublikası, Laçın rayonu.