28 mart 2014, 17:30

R.Məmmədov və Y.Alıyevdən, İsmayıllı, Azərbaycan

Hörmətli cənab Prezident! 

Sizin göstərişləriniz əsasında ölkəmizin bütün şəhər, qəsəbə və kəndlərində vətəndaşlarımızın rahat yaşaması üçün hər cür şərait yaradılır. İsmayıllı rayonunun Diyallı kəndində də bu sahədə böyük işlər görülmüşdür. Kəndimizdə evlərə təbii qaz çəkilmiş, artezian su quyusu sakinlərin istifadəsinə verilmiş, kəndi magistral yolla birləşdirən əsas yola asfalt döşənmişdir.

Demək olar ki, kəndimizin bütün problemləri həll edilmişdir.

Hörmətli cənab Prezident! Bizə göstərdiyiniz bu qayğıya görə Sizə öz minnətdarlığımızı bildiririk. Sizə uzun ömür, cansağlığı, ölkəmizin taleyüklü məsələlərinin həllində uğurlar arzulayırıq. Allah Sizə yar olsun!

Hörmətlə,

R. Məmmədov
Y. Alıyev.

Azərbaycan Respublikası, İsmayıllı rayonu, Diyallı kəndi.