28 mart 2014, 12:50
Dadaş Rzayevdən, Bakı, Azərbaycan
Cənab Ali Baş Komandan!
Respublikamızın veteranları müharibə əlillərinin təqaüdlərinin, sosial müavinətlərin məbləğinin artırılması və yeni Prezident təqaüdlərinin təsis edilməsi barədə Sizin 2014-cü il 17 mart tarixli fərmanlarınızı böyük ruh yüksəkliyi və minnətdarlıq hissi ilə qarşılamışlar.
Hörmətli cənab Prezident! Bu fərmanlar Heydər Əliyev tərəfindən qoyulmuş və Sizin tərəfinizdən veteranlara göstərilən müntəzəm qayğının əyani təsdiqidir və onların daim dövlətimizin diqqət mərkəzində olmalarının bariz nümunəsidir.
Respublikanın çoxminli veteranları adından Sizə təşəkkürümüzü bildiririk.
Dərin hörmətlə,
General-mayor Dadaş Rzayev,
Respublika Veteranlar Şurasının sədri.
Azərbaycan Respublikası, Bakı şəhəri.