Zəfər Mamayevdən, Bərdə, Azərbaycan
Hörmətli cənab Prezident!
“Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqlarının təhsil xərclərinin ödənilməsi haqqında” 2014-cü il 18 mart tarixli Sərəncamınız bir çoxları kimi bizim ailəyə də böyük sevinc bəxş etmişdir.
Sizin bu addımınız xalqımıza, o cümlədən aztəminatlı ailələrə qarşı nə qədər qayğıkeş və humanist dövlət başçısı olduğunuzu bir daha göstərdi. Biz bütün bunları yüksək qiymətləndirir və hər zaman Sizinlə birgə olduğumuzu diqqətinizə çatdırmaq istəyirik. Sizə çox minnətdarıq, cənab Prezident!
Dərin hörmətlə,
Mamayev Zəfər Osman oğlu,
II qrup Qarabağ müharibəsi əlili.
Azərbaycan Respublikası, Bərdə rayonu.