İsmayıl Məhərrəmovdan, Ağcabədi, Azərbaycan
Hörmətli cənab Prezident!
Azərbaycan xalqının milli bayramı – Novruz ərəfəsində imzaladığınız Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və azadlığı uğrunda həlak olmuş və sağlamlığını itirərək əlil olmuş Vətən oğullarının, o cümlədən Qarabağ müharibəsi əlillərinin sosial rifahının daha da yaxşılaşdırılması barədə 2014-cü il 17 və 18 mart tarixli müvafiq Sərəncam və fərmanlarınız bizim ikiqat sevincimizə səbəb olmuşdur.
Möhtərəm Prezident! Bu sevinci bizə bəxş etdiyiniz üçün Sizə Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Ağcabədi rayon şöbəsinin çoxsaylı üzvləri adından öz dərin minnətdarlığımızı bildirir, Sizə uzun ömür, cansağlığı, Azərbaycanın çiçəklənməsi, torpaqlarımızın azad olunması naminə fəaliyyətinizdə uğurlar arzulayırıq. Novruz bayramınız mübarək olsun!
Böyük hörmətlə,
Məhərrəmov İsmayıl Əjdər oğlu,
Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Ağcabədi rayon şöbəsinin sədri.
Azərbaycan Respublikası, Ağcabədi rayonu.