Aydın Aslanovdan, Neftçala, Azərbaycan
Hörmətli cənab Prezident!
“Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqlarının təhsil xərclərinin ödənilməsi haqqında” 2014-cü il 18 mart tarixli Sərəncamınız Neftçala rayon ictimaiyyəti, o cümlədən Qarabağ Müharibəsi Əlilləri, Veteranları, Şəhid Ailələri İctimai Birliyinin yerli şöbəsinin üzvləri tərəfindən böyük rəğbət və sevinc hissi ilə qarşılanmışdır.
Siz ölkəyə rəhbərlik etdiyiniz müddətdə Azərbaycanı çağdaş dünyamızın ən qabaqcıl dövlətləri sırasına çıxara bilmisiniz.
Təsadüfi deyildir ki, bu gün respublikamız regionda lider dövlətə çevrilmişdir. Bu, Sizin xalqımız üçün gecəli-gündüzlü, yorulmaz fəaliyyətinizin nəticəsində mümkün olmuşdur. Biz inanırıq ki, Siz bundan sonra da var qüvvənizlə çalışaraq, doğma Azərbaycanımızı daha qüvvətli dövlətə çevirəcək, bu sahədə əlinizdən gələni əsirgəməyəcəksiniz.
Möhtərəm Prezident! Biz Qarabağ müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Neftçala rayon şöbəsinin üzvləri Sizin yürütdüyünüz daxili və xarici siyasəti ürəkdən bəyənir və dəstəkləyirik. Sizi əmin edirik ki, qarşımıza qoyduğunuz tapçırıqları layiqincə yerinə yetirəcək və Sizin sədaqətli yardımçınız olacağıq.
Hörmətlə,
Aslanov Aydın.
Azərbaycan Respublikası, Neftçala rayonu.