28 mart 2014, 11:00

B.A.Hətəmlidən, Ağdam, Azərbaycan

Hörmətli cənab Prezident!

Siz bizə böyük diqqət və qayğı göstərirsiniz. “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün və “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” 2014-cü il 17 mart tarixli fərmanlarınız, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqlarının təhsil xərclərinin ödənilməsi haqqında” 2014-cü il 18 mart tarixli Sərəncamınız isə əsl humanistlik nümunəsidir.

Cənab Ali Baş Komandan! Bütün bunlara görə, Ağdam rayonunun çoxsaylı Qarabağ müharibəsi əlilləri və veteranları adından Sizə dərin minnətdarlığımızı bildiririk. Biz həmişə Sizin arxanızdayıq və Sizə sadiqik. Sizə uzun ömür, cansağlığı və ali dövlət fəaliyyətinizdə uğurlar arulayırıq.

Hörmətlə,

B.A.Hətəmli,
Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Ağdam rayon şöbəsinin sədri.

Azərbaycan Respublikası, Ağdam rayonu.