28 mart 2014, 10:00

X.R. Balayevdən, Qazax, Azərbaycan

Hörmətli cənab Prezident!

Sizin bayram öncəsi imzaladığınız Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün və sosial müavinətlərin məbləğinin artırılması, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqlarının təhsil xərclərinin dövlət hesabına ödənilməsi ilə əlaqədar müvafiq Sərəncam və fərmanlarınız imtiyazlı təbəqəni çox sevindirmiş, onların ailələrinə ikiqat bayram əhval-ruhiyyəsi bəxş etmişdir.

Hörmətli cənab Prezident! Sizin bu diqqət və qayğınız bizim işğal altındakı torpaqlarımızın tezliklə azad ediləcəyinə, Azərbaycanımızın Sizin rəhbərliyinizlə daha da qüdrətli dövlətə çevriləcəyinə olan inamımızı daha da artırır. Sizə və ailənizə möhkəm cansağlığı, xoşbəxtlik və Azərbaycanın işıqlı gələcəyi naminə fəaliyyətinizdə uğurlar arzulayırıq.

Hörmətlə,
X.R. Balayev.

Qarabağ müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Qazax rayon şöbəsinin sədri.

Azərbaycan Respublikası, Qazax rayonu.