27 mart 2014, 15:30

Ziyəddin Abdüləzovdan, Gədəbəy, Azərbaycan

Hörmətli cənab Prezident!

Azərbaycanın şöhrətinin gündən-günə artması, dünya dövlətləri içərisində sayılıb-seçilməsi, iqtisadiyyatımızın yüksəlməsi, yollarımızın abadlaşması, şəhər və kəndlərimizin gülüstana çevrilməsi Sizin siyasətinizin, əməyinizin nəticəsidir.

Aparılan quruculuq və abadlıq işləri Gədəbəy rayonunun Moruxlu kəndini də əhatə etmişdir. Hazırda kəndimizə qaz xətti çəkilir və işlər artıq başa çatmaq üzrədir. Eyni zamanda istismar müddətini başa vurmuş elektrik dayaqları dəyişdirilir.

Hörmətli cənab Prezident! Sizin təhsilə göstərdiyiniz diqqət və qayğının bariz nümunəsi olaraq, yaxın vaxtlarda kəndimizdə yeni məktəb binasının tikintisinə başlanılacaqdır.

Kəndimizin sakinləri adından Sizə təşəkkürümüzü bildiririk.

Hörmətlə,

Abdüləzov Ziyəddin
Mustafayev İslam
Qarayeva Tamilla və başqaları.

Azərbaycan Respublikası, Gədəbəy rayonu, Moruxlu kəndi.