27 mart 2014, 15:00

Etibar Hüseynova və başqalarından, Bərdə, Azərbaycan

Hörmətli cənab Prezident!

İlk növbədə Sizi və ailənizi Novruz bayramı münasibətilə təbrik edir, Sizə cansağlığı, Azərbaycanımızın işıqlı gələcəyi naminə yürütdüyünüz daxili və xarici siyasətdə uğurlar diləyirik.

Möhtərəm Prezident! “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün artırılması və “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 9 sentyabr tarixli 823 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” 2014-cü il 17 mart tarixli Fərmanınız bayram sevincimizə daha bir sevinc qatmışdır. Bu, vətənpərvərlik tərbiyəsinə göstərilən yüksək diqqətdir.
Buna görə Sizə sonsuz sevgi və minnətdarlığımızı bildiririk. Biz həmişə Sizinləyik. Allah Sizi, yaxınlarınızı və xalqımızı qorusun!

Böyük hörmətlə,

Hüseynova Etibar İsgəndər qızı
Babayev Xəyyam Kərim oğlu
Qəhrəmanov Təbriz Kamran oğlu
Məmtiyev Namiq İsgəndər oğlu və başqaları.

Azərbaycan Respublikası, Bərdə rayonu.