Füzuli Paşayevdən, Sabirabad, Azərbaycan
Hörmətli cənab Prezident!
Biz hər zaman Sizdən böyük diqqət və qayğı görmüşük. Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün, eləcə də sosial müavinətlərin məbləğinin artırılması, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqlarının təhsil xərclərinin ödənilməsi haqqında imzaladığınız müvafiq Sərəncam və fərmanlar bu qayğının bariz nümunələrindən biridir və bizi daha da sevindirmişdir.
Hörmətli cənab Prezident! Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi Sabirabad rayon şöbəsinin üzvləri adından Sizə minnətdarlığımızı bildirir, eyni zamanda, fürsətdən istifadə edərək, Novruz bayramınızı təbrik edir, Sizə uzun ömür, cansağlığı arzulayırıq. Biz həmişə Sizinləyik!
Dərin Hörmətlə,
Paşayev Füzuli,
İB-in Sabirabad rayon şöbəsinin sədri.
Azərbaycan Respublikası, Sabirabad rayonu.