27 mart 2014, 13:50

Elşən Səməndərovdan, Saatlı, Azərbaycan

Hörmətli cənab Prezident!

Torpaqlarımızın müdafiəsi, ölkəmizin ərazi bütövlüyünün qorunması və suverenliyi uğrunda canından, qanından keçmiş Vətən övladlarının həmişə diqqətinizdə olması bizi daha da ruhlandırır. Bu qəbildən olan insanların sosial rifahının yaxşılaşdırılması və təqaüdlərinin artırılması, onların uşaqlarının təhsil haqqından azad edilməsi ilə əlaqədar imzaladığınız yeni sərəncam və fərmanlar dövlətlə xalq arasındakı birliyin daha da möhkəmləndirilməsi, qarşılıqlı inam hissinin yüksəldilməsi baxımından mühüm addımdır.

Möhtərəm Prezident! Bütün bunlara görə Sizə Qarabağ müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi Saatlı rayon şöbəsinin üzvləri adından dərin minnətdarlığımızı bildiririk.

Hörmətlə,

Səməndərov Elşən,
İB-in Saatlı rayon şöbəsinin sədri.

Azərbaycan Respublikası, Saatlı rayonu.