27 mart 2014, 12:00

Şövlət Dadaşzadədən, Xaçmaz, Azərbaycan

Hörmətli cənab Prezident!

Qarabağ müharibəsi əlillərinin, veteranlarının və şəhid ailələrinin maddi vəziyyətinin və sosial rifahının yaxşılaşdırılması, onların ödənişli əsaslarla təhsil alan uşaqlarının 2014/2015-ci tədris ilindən etibarən təhsil haqqından azad edilməsi haqqında imzaladığınız müvafiq sərəncam və fərmanlarınız bizim böyük sevincimizə səbəb olmuşdur.

Möhtərəm Prezident! Bu qayğıya görə min nəfərdən artıq xaçmazlı müharibə veteranı və onların ailələri adından Sizə dərin minnətdarlığımızı bildiririk. Ulu Tanrı hər zaman köməyiniz olsun!

Hörmətlə,

Dadaşzadə Şövlət Əsəd oğlu.

Azərbaycan Respublikası, Xaçmaz rayonu.