Veysəl Məlikov və başqalarından, Lerik, Azərbaycan
Hörmətli cənab Prezident!
Öncə Sizi xalqımızın milli bayramı - Novruz münasibətilə ürəkdən təbrik edir, Sizə və ailənizə xoşbəxtlik və xoş günlər arzulayırıq.
Xeyirxahlıq, bolluq, bərəkət rəmzi olan bu Novruz bayramı günlərində “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün”, müharibə veteranlarına verilən sosial müavinətin miqdarının artırılması və övladlarımızın təhsil haqqının dövlət tərəfindən ödənilməsi barədə verdiyiniz Sərəncamlar biz əlillərin və veteranların ürəyincədir. Biz bu bayram günündə Allahdan arzu edirik ki, Sizə həmişə ürəyinizə görə versin. Uca Tanrı Sizi qorusun!
Biz Lerik rayonundan olan Qarabağ əlilləri və veteranları adından Sizə dərin minnətdarlığımızı bildiririk. Allah Sizə yar olsun və gün o gün olsun ki, uğrunda canımızı qoyduğumuz, şəhidlər verdiyimiz vətən torpaqlarında Sizin rəhbərliyinizlə düşmən üzərində zəfər bayramını qeyd edək, Novruz tonqallarını Qarabağ torpaqlarında yandıraq.
Hörmətlə,
Məlikov Veysəl
Bayramov Pənah
Mustafayev Gündüz
Rəhimov Rafiq və başqaları.
Azərbaycan Respublikası, Lerik rayonu.