19 mart 2014, 17:35

Rəşid Əkbərovdan, Şəki, Azərbaycan

Hörmətli cənab Prezident! 

Mən II qrup Qarabağ müharibəsi əlili dövlətimizin bizə göstərdiyi qayğını daim hiss edirəm. Uca Tanrıya minnətdaram ki, bizə belə bir dövlət başçısı nəsib etmişdir. Gecə-gündüz Allahıma dua oxuyuram və şükürlər olsun ki, Sizin rəhbərliyiniz sayəsində respublikamız gündən-günə inkişaf edir, güclənir. Biz Bunu gündəlik həyatımızda da hiss edirik. Bu günlərdə imzaladığınız Sərəncamlar bizi çox sevindirdi. Siz fəaliyyətiniz dövründə diqqətinizi, qayğınızı bizdən əsirgəməmisiniz. Gələcəyimiz olan övladlarımızın daha yaxşı təhsil almasına şərait yaratdığınıza görə Sizə öz dərin minnətdarlığımı və təşəkkürümü bildirmək istəyirəm. Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Şəki rayon şöbəsinin üzvləri kimi bizə göstərilən diqqət və qayğını daim hiss edir və bunu Sizin müsbət fəaliyyətinizin bir qolu kimi qiymətləndiririk. Bir daha Sizə dərin minnətdarlığımı və təşəkkürümü bildirirəm. 

Hörmətlə,

Əkbərov Rəşid Əsabəli oğlu.

Azərbaycan Respublikası, Şəki şəhəri.