Məmmədnuru Əzizovdan, Şəki, Azərbaycan
Möhtərəm Prezident!
Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi Şəki rayon şöbəsinin min nəfərdən çox üzvü adından bu günlərdə Qarabağ əlilləri, şəhid ailələri və müharibə veteranları ilə əlaqədar Prezident təqaüdlərinin hiss olunacaq dərəcədə artırılması, şəhid uşaqlarının, Qarabağ müharibəsi əlillərinin uşaqlarının ödənişli təhsil haqqının dövlət tərəfindən ödənilməsi ilə bağlı imzaladığınız sərəncamlar bizi hədsiz dərəcədə sevindirmişdir. Bunu Sizin bizə olan diqqət və qayğınızın bariz nümunəsi kimi qiymətləndiririk.
Hörmətli cənab Prezident! Siz ulu öndərimiz heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirirsiniz.
Qarabağ müharibəsi əlilərinin və şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması, dövlət hesabına yeni mənzillərin inşa olunaraq, bu statuslu insanların istifadəsinə verilməsi, ehtiyacı olan Qarabağ müharibəsi əlillərinə dövlət hesabına avtomobillərin paylanması sahəsində gördüyünüz işlər və dövlət proqramları dediklərimizə əyani sübutdur. Biz Sizin Ali Baş Komandan kimi göstərdiyiniz fəaliyyəti, tutuğunuz mövqeyi yüksək qiymətləndirir, Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hər bir əmrinizə müntəzir olduğumuzu bildiririk. Lazım gələrsə təcrübəli, peşəkar zabit və torpaqlarımızın işğalı ilə əlaqədar sağlamlıqlarını qismən itirmiş Qarabağ müharibəsi əlilləri və böyük döyüş yolu keçmiş müharibə veteranları torpaqlarımızın azad edilməsi uğrunda döyüşlərə hər an hazırdırlar. Sizə bir daha dərin minnətdarlığımızı bildiririk.
Dərin hörmətlə,
Əzizov Məmmədnuru Ənvər oğlu.
Azərbaycan Respublikası, Şəki şəhəri.