19 mart 2014, 17:20

Şakir İsmayılovdan, Qazax, Azərbaycan

Hörmətli cənab Prezident! 

Novruz bayramı ərəfəsində imzaladığınız Fərman nəinki biz müharibə əlillərini, bütövlükdə ölkə vətəndaşlarını çox sevindirmişdir.

Sizin müharibə veteranlarına göstərdiyiniz diqqət və qayğı bizi yeni döyüşlərə və qələbələrə həvəsləndirir, eyni zamanda gənc nəslin vətənpərvərlik hissini daha da artırır. 

Möhtərəm Prezident! Bütün bunlara görə Sizə şəxsən öz adımdan və ailəm adından uzun ömür, cansağlığı və gələcək fəaliyyətinizdə uğurlar arzulayıram.

Dərin hörmətlə,

İsmayılov Şakir Ələddin oğlu,
Qarabağ müharibəsi əlili.

Azərbaycan Respublikası, Qazax rayonu.