19 mart 2014, 17:15

Əsəd Əsədullayevdən, Şəki, Azərbaycan

Hörmətli cənab Prezident! 

II qrup Qarabağ müharibəsi əlili kimi mən dövlətin vəsaiti hesabına tikilən iki otaqlı evdə yaşayıram. Hazırda avtomobil almaq üçün növbədəyəm. Yəqin ki, yaxın vaxtlarda dövlətimiz tərəfindən avtomobillə təmin olunacağam. Sizin bizə olan qayğınızı ürəkdən bəyənir, ailə üzvlərim adından Sizə bu yüksək fəaliyyətinizdə can sağlığı və yeni-yeni uğurlar arzulayıram. Bu günlərdə imzaladığınız Sərəncamlar bizi sivil ölkəmizdə daha yaxşı yaşamağa, övladlarımızın daha yaxşı təhsil almalarına şərait yaradacaqdır. Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi, onun Şəki rayon şöbəsinin üzvü kimi Sizin apardığınız siyasi kursu ürəkdən bəyənir və inanıram ki, bu siyasət nəticəsində işğal altında olan torpaqlarımız tezliklə yağı düşməndən azad ediləcək, doğma torpaqlarından didərgin düşmüş həmvətənlərimiz öz doğma yurd-yuvalarına qayıdacaqlar. Bir daha Sizə dərin minnətdarlığımı və təşəkkürümü bildirirəm.

Hörmətlə,

Əsədullayev Əsəd Məmməd oğlu.

Azərbaycan Respublikası, Şəki şəhəri.