19 mart 2014, 17:10
Qurban Qurbanovdan, Qazax, Azərbaycan
Hörmətli cənab Prezident!
Sizin Novruz bayramı öncəsi imzaladığınız Fərmanı biz müharibə əlillərinə, ümumilikdə imtiyazlı şəxslərə olan qayğınızın bariz nümunəsi kimi dəyərləndirirəm.
Müharibə əlillərinin təqaüdünün artırılması bir çox insanlar kimi məni də çox sevindirmiş və ailəmə böyük sevinc bəxş etmişdir. Deyərdim ki, bayramımıza yeni bir bayram əlavə olunmuşdur.
Möhtərəm Prezident! Şəxsən öz adımdan və ailəm adından Sizə uzun ömür, cansağlığı və Azərbaycanın işıqlı gələcəyi naminə fəaliyyətinizdə uğurlar arzulayıram.
Böyük hörmətlə,
Qurbanov Qurban Həmzə oğlu
Qarabağ müharibəsi əlili.
Azərbaycan Respublikası, Qazax rayonu.