19 mart 2014, 16:35

İlham Qayıbzadədən, Bakı, Azərbaycan

Cənab Ali Baş Komandan! 

Yeni imzaladığınız Sərəncamla oğlumun ali məktəblərdə ödənişsiz təhsil almasına yaratdığınız şəraitə və Fərmanla təqaüdümün 85 manatdan 130 manata qaldırdığınıza görə Sizə dərin minnətdarlığımı bildirirəm. Sizi və ailənizi Novruz bayramı münasibətilə təbrik edirəm.

Hörmətlə,

Qayıbzadə İlham Yusif oğlu,
II qrup Qarabağ müharibəsi əlili.

Azərbaycan Respublikası, Bakı şəhəri.