Rəhman Mustafayevdən, Şəki, Azərbaycan
Hörmətli cənab Prezident!
Ulu öndərimiz Heydər Əliyevin xeyir-duası və birbaşa onun təşəbbüsü ilə yaradılmış Qarabağ müharibəsi əlilləri, veteranları və Şəhid Ailələri İctimai Birliyi, onun Şəki rayon şöbəsində formalaşmış cəmiyyət üzvü kimi mən, II qrup Qarabağ müharibəsi əlili, bizə göstərdiyiniz diqqət və qayğını daim hiss edirik. Bu günlərdə bizim kateqoriyadan olan insanların Prezident təqaüdünün artırılması, uşaqlarımızın təhsil haqqından azad edilməsi ilə əlaqədar verdiyiniz Sərəncam mənim kimi yüzlərlə Qarabağ əlilini sevindirmiş, bizdə Vətənə, torpağa bağlılığı, sevgini daha da artırmışdır. Vətən, torpaq yolunda sağlamlığımızı itirsək də, Sizin bizə olan qayğınızı daim hiss edir və bundan qürur hissi keçiririk. Odur ki, bizə göstərdiyiniz diqqəti və qayğını yüksək qiymətləndirir, Sizə uzun ömür, cansağlığı və fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq. Bir daha Sizə dərin minnətdarlığımızı və təşəkkürümüzü bildiririk.
Hörmətlə,
Mustafayev Rəhman Gülməmməd oğlu.
Azərbaycan Respublikası, Şəki şəhəri.