Sahib İsmayılovdan, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident!
Ötən əsrin sonlarında xalqımızın əldə etdiyi müstəqilliyi gözü götürməyən düşmənlərin təcavüzkarlığı nəticəsində Qarabağın dilbər guşələrindən biri olan Ağdam şəhərinin başı üzərini qara buludlar aldı. Ağdamın mərd oğulları doğma torpaqların müdafiəsinə qalxsalar da, daxildə və xaricdə olan satqınlar bu qara buludların qovulmasına imkan vermədilər. Artıq ölkəmizin müstəqilliyi təhlükə altına düşmüşdü. Belə bir çətin anda Ulu öndər Heydər Əliyev xalqımızı bu təhlükədən xilas etdi, onun şərəf və ləyaqətini qorudu, müstəqilliyimizin dönməzliyini təmin etdi.
Hörmətli cənab Prezident! Ulu öndər Heydər Əliyevin yerinə yetirdiyi tarixi vəzifəni bu gün Siz layiqincə yerinə yetirirsiniz. Ümummilli lider bütün ömrünü xalqa xidmət etməyə həsr etdiyi kimi, Siz də ölkəmizin tərəqqisi, vətəndaşlarımızın rifahının yüksəlməsi naminə əlinizdən gələni əsirgəmirsiniz. Biz qəti əminik ki, bu yolda heç kim Sizə mane ola bilməz. Xalqımızın müstəqilliyini qorumaq, Azərbaycanı hər an azad, müstəqil görmək üçün Sizə bacardığımız köməyi etməyi özümüzə borc bilirik. Sizə xoş günlər, üzərinizə götürdüyünüz çətin və məsuliyyətli vəzifənizdə uğurlar arzulayırıq.
İsmayılov Sahib Allahverdi oğlu.
Ağdam rayonundan məcburi köçkün
Azərbaycan Respublikası, Bakı şəhəri.