Baxış Əliyevdən, Şirvan, Azərbaycan
Hörmətli cənab Prezident!
Ölkəmizə rəhbərlik etdiyiniz illər ərzində ulu öndərimiz Heydər Əliyevin ən layiqli davamçısı kimi Azərbaycanın tərəqqisi yolunda misilsiz fəaliyyətiniz həmişə Sizə dəstək olan milyonlarla vətəndaşımızı ürəkdən sevindirir. Xarici ölkələrə rəsmi və işgüzar səfərləriniz zamanı apardığınız danışıqlar, dünyanın ən mötəbər kürsülərindən etdiyiniz çıxışlar, ölkəmizdə keçirilən beynəlxalq tədbirlərdə, forumlarda səsləndirdiyiniz fikirlər, iqtisadi inkişaf məsələlərinə həsr olunmuş yığıncaqlarda irəli sürdüyünüz tezis və ideyalar, cəmiyyətimizin demokratikləşdirilməsi üçün həyata keçirdiyiniz məqsədyönlü islahatlar, xalqın həyat səviyyəsinin gündən-günə yaxşılaşdırılması istiqamətində gördüyünüz işlər Azərbaycanı inkişaf etmiş ölkəyə çevirmişdir.
Hörmətli cənab Prezident! Sizin göstərişinizlə nazirlərin, komitə sədrlərinin və digər qurum rəhbərlərinin yerlərdə vətəndaşları qəbul etməsi, bir çox məsələlərin elə operativ şəkildə həll olunması və Sizə dərhal hesabat verilməsi bir daha göstərir ki, Siz hər bir vətəndaşın problemlərinin həllinə böyük qayğı göstərirsiniz. Bütün dövlət məmurlarından xalqın xidmətçisi olmalarını tələb etməyiniz bu qayğını bir daha təsdiq edir.
Hörmətli cənab Prezident! Arzu edirik ki, Sizin tapşırıqlarınız əsasında indiki kimi qurulan məmur-vətəndaş münasibətləri həmişə belə davam etsin. Bizə göstərdiyiniz qayğıya görə Sizə minnətdarıq.
Dərin hörmətlə,
Əliyev Baxış Müseyib oğlu,
Füzuli rayonundan məcburi köçkün.
Azərbaycan Respublikası, Şirvan şəhəri.