12 mart 2014, 18:15

Samirə Əliyevadan, Bakı, Azərbaycan

Möhtərəm Prezident!

Sizin göstərdiyiniz səylər nəticəsində ölkəmiz gündən-günə inkişaf edir. Sizin və ölkəmizin birinci xanımı Mehriban xanım Əliyevanın aşıq sənətinə olan diqqət və qayğınız biz aşıqların da böyük sevincinə səbəb olmuşdur. Aşıq sənətinin YUNESKO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edilməsi bizim bu sənəti bütün dünyada təmsil etməyimizə geniş yol açmışdır. Bu qayğı və diqqətə, o cümlədən 2014-cü il mart ayının 6-da bir qrup Azərbaycan qadınının təltif edilməsi haqqında imzaladığınız Sərəncamla məni “Əməkdar mədəniyyət işçisi” fəxri adı ilə təltif etdiyinizə görə Sizə şəxsən öz adımdan, ailəm və yaxınlarım adından dərin minnətdarlığımı bildirirəm. Bir gənc aşıq kimi mən də bu fəxri adı doğrultmaq və aşıq sənətinin daha da inkişaf etdirilməsi üçün bütün gücümlə çalışacağam. 

Hörmətlə,

Əliyeva Samirə Zimirxan qızı.

Azərbaycan Respublikası, Bakı şəhəri.