Zahid Cəlilovdan, Bakı, Azərbaycan
Möhtərəm Prezident!
Biz Sizin daxili və xarici siyasətinizi ürəkdən bəyənir, dəstəkləyir və bundan sonra da dəstəkləyəcəyik. Çünki bu siyasət sayəsində ölkəmiz sürətlə inkişaf etmiş, xalqımızın həyat səviyyəsi xeyli yüksəlmişdir. İndi Sizin tələbləriniz hər yerdə yerinə yetirilir, vətəndaşlarımıza böyük diqqət göstərilir, müraciət etdikləri bütün təşkilatlarda onlara hörmət və qayğı ilə yanaşılır.
Mən özüm gündəlik həyatımda bunun şahidi oluram. Tez-tez müraciət etdiyim poliklinikada mənə hər cür tibbi xidmət göstərilir. Yaxud pensiyamın təyin olunması üçün Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsinə müraciət edən kimi məsələni tez bir zamanda müsbət həll etdilər. Qəzalı vəziyyətə düşmüş evimi dövlət hesabına əsaslı təmir edildi.
Hörmətli cənab Prezident! Bizim üçün belə gözəl şəraitin yaradılması Sizin gərgin əməyinizin nəticəsidir və bütün bunlara görə Sizə minnətdarıq. Allah Sizi və ailənizi qorusun!
Hörmətlə,
Cəlilov Zahid,
II qrup əlil.
Azərbaycan Respublikası, Bakı şəhəri, Nərimanov rayonu, Böyük Şor qəsəbəsi.