11 mart 2014, 12:50
Abbas Məmmədovdan, Gəncə, Azərbaycan
Möhtərəm Prezident!
Azərbaycan Respublikasının gənc bir vətəndaşı olaraq, xalqımıza göstərdiyiniz diqqətə görə Sizə minnətdarlığımı bildirirəm. Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqına göstərdiyi qayğı, xidmətlər illər, əsrlər keçsə də unudulmayacaq və unudula bilməz. Siz də Ulu Öndər kimi hər gün dayanmadan, istirahət etmədən Azərbaycan xalqının bu günü və gələcəyi üçün çalışırsınız. Mən bir gənc kimi Sizə heyranam.
Hörmətli cənab Prezident! Azərbaycan xalqının Sizə daim ehtiyacı vardır. Xalqımıza göstərdiyiniz xidmətlərə görə Sizə dərin minnətdarlığımı bildirirəm.
Hörmətlə,
Məmmədov Abbas Nəsrəddin oğlu.
Azərbaycan Respublikası, Gəncə şəhəri.