06 mart 2014, 15:30

Cahid Kamalovdan, Laçın, Azərbaycan

Hörmətli cənab Prezident!

Siz 10 illik prezidentliyiniz dövründə Ümummilli liderimizin ənənələrini layiqincə davam etdirərək, Azərbaycanı parlaq ölkəyə çevirmisiniz. Ölkəmizin iqtisadi və hərbi qüdrətinin artması, beynəlxalq nüfuzunun yüksəlməsi qəti inam yaradır ki, Sizin uğurlu siyasətiniz bizi tezliklə doğma torpaqlarımıza qaytaracaq və o zaman Sizə belə bir məktubu öz rayonumuzdan yazacağam. Xalqımız həmişə Sizinlədir, Allah da Sizinlə olsun!

Hörmətlə,

Kamalov Cahid.
Laçın rayonundan məcburi köçkün.