05 mart 2014, 16:30
Rəşad Rəhimovdan, Qobustan, Azərbaycan
Hörmətli cənab Prezident!
Ölkəmizin gündən-günə inkişaf etməsi, çiçəklənməsi Sizin uzaqgörən siyasətinizin və yüksək idarəetmə bacarığınızın bariz nümunəsidir. Sizin fəaliyyətiniz gənclər üçün örnəkdir. Gənclər Sizin diqqət və qayğınızı daim hiss edirlər. İndi onların təhsil alması, işləməsi, cəmiyyətdə öz yerini tutması üçün bütün imkanlar vardır. Sizin siyasətiniz sayəsində gənclər üçün yaradılmış gözəl şəraiti işlədiyimiz “Azəriqaz” İstehsalat Birliyində də hər an görmək mümkündür.
Hörmətli cənab Prezident! Azərbaycan gəncliyinə göstərdiyiniz diqqət və qayğıya görə Sizə dərin minnətdarlığımızı bildiririk.
Biz Sizi həmişə dəstəkləyirik.
Hörmətlə,
Rəhimov Rəşad.
Azərbaycan Respublikası, Qobustan şəhəri.